Premyer Liqanın XVIII turunun “Qəbələ” – “İnter” matçında baş verənlər yenidən müzakirə olunub. Apasport.az saytının məlumatına görə, əsas müzakirə mövzusu meydan sahiblərinin və millimizin qapıçısı Kamran Ağayevin hərəkəti olub.
Oyunun 79-cu dəqiqəsində rəqibə bilərəkdən zərbə endirən qolkiperin hərəkəti hakimin gözündən yayınsa da, AFFA bu məsələyə baxmağı lazım bilib. Matçın videoyazısını izlədikdən sonra İntizam Komitəsi Ağayevi 3 oyun cəzalandırıb. “Qəbələ” isə qapıçısına görə 3000 manat cərimə olunub.
Hakimlər Komitəsinə ədalət təmsilçiləri ilə bağlı lazımi tədbirlər görüb İntizam Komitəsinə məlumatlandırmaq tapşırığı verilib.
Bundan başqa, meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000, qonaqlar isə Elvin Məmmədovun qırmızı vərəqəsi üçün 200 manat cərimə edilib. Yarımmüdafiəçinin özü 1 oyunluq cəza da alıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?