“Avro 2016”nın seçmə mərhələsində “Serbiya – Albaniya” oyununda dava-dalaşın olduğu, oyunun dayandırıldığı barədə məlumat vermişdik
Belə ki, matçın 41-ci dəqiqəsində Belqraddakı stadionda pilotsuz helikopterlə Albaniya bayrağı endirilib. Bu hadisə serbiyalı futbolçuları özündən çıxarıb, iki komanda arasında münaqişə yaranıb. Meydana kənar əşyalar atılıb.
Albaniya millisinin futbolçuları serbiyalı azarkeşlərin təzyiqinə məruz qalıb. Azarkeşlər "Qarabağ"ın üzvü Ansi Aqollini və komanda yoldaşlarını əməllicə əzişdirib.
Futbolçular meydanı başlarına atılan müxtəlif əşyaların "yağış"ı altında tərk ediblər. Meydana daxil olan serb azarkeşlər də alban futbolçulara fiziki təzyiq göstərib.
Ansi Aqolli meydana start heyətində çıxıb və 34-cü dəqiqədə sarı vərəqə alıb.
Davadan çəkilmiş görüntüləri təqdim edirik:(publika.az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?