23 yaşlı rusiyalı tennisçi qəfildən ölüb. Violetta Deqtyarevanın vəziyyəti məşq zamanı pisləşib. O ürək çatışmazlığı nəticəsində keçinib.
Onun ölümü barəsində moldovalı rəfiqəsi məlumat yayıb.
Violetta dünya tennisçilərinin reytinq cədvəlində cütlüklər arasında 952, tək isə 1018-ci yerdə olub. Peşəkar idman kariyerasında çıxdığı 532 oyunda 20-dən çox matçı qazanıb. Ötən ilin sonlarından isə nəticələrini daha da yüksəltməyə başlamışdı.
Qeyd edək ki, dekabr ayında daha bir rus idmançı məşq zamanı keçinmişdi. MOİK-in gənc basketbolçusu Ruslan Qaqloev 17 yaşında idman hərəkətləri yrinə yetirərəkən qəfildən ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?