"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone maraqlı fikirləri ilə diqqət çəkib.
FİFA-nın rəsmi saytına danışan argentinalı mütəxəssis "Real" (Madrid) klubu və Braziliya millisini heç zaman çalışdırmayacağını bildirib:
"Real" klubu və Braziliya yığmasından yüksək gəlirli təklif alsam, qəbul edərəm? Bu, heç zaman olmayacaq. Həmin vaxt pullardan imtina edərəm. Son dünya çempionatından sonra Argentina yığmasından təklif almadım. Ölkəmin yığmasını çalışdırmaq istəyirəm. Bir gün bu arzumun həyata keçəcəyinə inanıram".
Qeyd edək ki, Simeonenin PSJ klubu ilə danışıqlar apardığı bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?