Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçiriləcək.
Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov “The FTX Crypto Cup”un VI turunda bir-birinə rəqib olacaq. Rəcəbov ağ, Məmmədyarov isə qara fiqurlarla oynayacaq. VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyana qarşı oyun gözləyir. Rəcəbov isə ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşinin müqavimətini qırmağa çalışacaq. Azərbaycan şahmatçılarının bugünkü görüşlərinin təqvimi belədir: VI tur Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov VII tur Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov VIII tur Teymur Rəcəbov - Uesli So (ABŞ) Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) IX tur Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov X tur Teymur Rəcəbov - Alan Piçot (Argentina) Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) İlk 5 turdan sonra Teymur Rəcəbov 3 xalla 5-ci, Şəhriyar Məmmədyarov isə 1,5 xalla 14-cüdür. Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoindir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?