Azərbaycanlı ağırlıqqaldıran Silviya Angelova yenidən dopinq-testdən keçə bilməyib.
Ötən ay ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında da bolqarıstanlı legioner Silviya və daha 4 idmançının qadağan olunmuş dopinq qəbul etdiyi aşkarlanıb.
33 yaşlı idmançının A probu müsbət nəticə verib.
B probu da eyni nəticəni versə, Angelova ömürlük idmandan qovulacaq.
2013-cü il aprelin 8-də onun dopinq qəbul etdiyi aşkar edildiyinə görə Azərbaycan millisinin üzvü 2 illik yarışlardan kənarşaldırılıb.
Həmin il Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkənin 18 idmançısını cəzalandırıb, Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimə edib.
İkinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün Zülfüqar Süleymanov ömürlük idmandan kənarlaşdırılıb.
Silviya Angelova 2012-ci il Avropa çempionatında 48 kq çəki dərəcəsində bürünc, növbəti il isə gümüş medal qazanıb.
Dopinq-testdən keçə bilmədiyi üçün onun medalı əlindən alınıb.
Bu il cəzasını bitirdikdən sonra Angelova dünya çempionatında 39 idmançı arasında 34-cü olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?