Xəbər verdiyimiz kimi Cahangir Əsgərovun rəhbəri olduğu Azəybaycan Ağır Atletika Federasiyası (AAAF) dopinqə görə 1 illik cəzalanıb. Bu səbəbdən də hakimlərlə idmançılar beynəlxalq yarışlardan və iclaslardan kənarda qalıb.
Bakı vaxtı ilə səhər saat 07:00-da Amerikada keçiriləcək dünya çempionatı öncəsi Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) növbəti konqresi keçirilib.
Konqresdə Azərbaycan daxil olmaqla 9 ölkənin dopinq cəzası müzakirə olunub.
1 illik cəzanın 8 aya qədər azaldılması şansları dəyərləndirilib. Konqresin qərarına görə, əgər bu ölkələr IWF-yə 50 min dollar ödəyərsə cəza 1 ildən, 8 aya qədər azaldılacaq. 50 min dollar ödəniləcəyi təqdirdə yeniyetmə və gənclərin olimpiadasında iştirakı mümkün olacaq. Bildirək ki, bu yarışda Azərbaycan bir lisenziya qazanıb.
Konqresdə çəki dərəcələri ilə bağlı da qərar verilib. Qərara əsasən ümumilikdə 10 çəki dərəcəsi müəyyənləşdirilib. Olimpiya Oyunlarına isə 7 çəki dərəcəsində qatılmaq mümkün olacaq.
Qeyd edək ki, AAAF-ın baş katibi Rizvan Rəsulov Qazaxıstandakı konqresdən sonra cəzanın yüngülləşdirilməsi şansı ilə bağlı mətbuata fərqli məlumat vermişdi. O bildirmişdi ki, konqresdə İWF-nin qərarına əsasən əgər komandada yenidən dopinq çıxmazsa cəza 8 aya qədər azaldıla bilər./unikal.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?