Azərbaycan ağırlıq qaldıranlarının dopinqdə ilişməsinin əks-sədası davam edir. Artıq məsələyə Avropanın bir çox ölkələrindən reaksiyalar gəlməkdədir. “Bu il komandamız 50-dən artıq dopinq testdən keçib. Bunların sayını da itirmişəm. Çünki bu, mənim üçün maraqlı deyil”. Bunu Bolqarıstan Ağır Atletika Federasiyasının baş katibi Borislav Gidikov deyib. Seul-1988-in qalibi son günlər bütün Avropanın diqqət mərkəzinə düşən dopinq qalmaqalına münasibət bildirib. İvanov həmyerlisi Zlatan Vanevin çalışdırdığı Azərbaycan millisinin 9 üzvünün qadağan olunmuş preparatlardan istifadəsinə görə cəzalanmasına da biganə qalmayıb. 2 bolqarıstanlı - Valentin Xristovla Silviya Angelovanın da daxil olduğu “doqquzluğ”un belə aqibətlə üzləşməsi təcrübəli mütəxəssisi də təəccübləndirib: "Belə halın qeydə alınması çox qəribədir. Çünki 1 ildə bu qədər idmançının “ilişməsi” yaxşı hal deyil. Biz artıq 99 faiz əminik ki, belə üzləşə bilmərik. Buna səbəb idmançılarımız üçün bütün preparatları eyni aptekdən almağımızdır. Lakin hər şeyə də nəzarət etmək olmur. Çünki qidalanma zamanı atletin orqanizminə müxtəlif maddənin düşməsi də mümkündür”. “Dopinq qalmaqalı ilə bağlı hələ nəsə demək mümkün deyil. Çünki araşdırmalarımız davam edir”. Bunu isə Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov deyib. Qurum rəsmisi 9 ağırlıqqaldıranımızın dopinqdə “ilişməsi” ilə bağlı hələ rəsmi açıqlama verilməsinin tez olduğunu bildirib. Əsgərov baş məşqçi Zlatan Vanevin komandada qalıb-qalmayacağı ilə bağlı heç nə deyə bilməyəcəyini vurğulayıb: “Biz hələ yoxlayırıq. Necə olub, harada olub. Vanevin də məsələsi barədə heç nə deyə bilmərəm. Hər şeyə rəsmi saytımız vasitəsilə aydınlıq gətirəcəyik". Qeyd edək ki, 9 ağırlıqqaldıranlarımızdan səkkizi 2 illik, biri ömürlük diskvalifikasiya olunub. Onlar qadağan edilmiş preparatlardan faydalanmaqda günahlandırılır. Azərbaycan Ağır Atletika Federasiyasının (AAF) prezidenti "Azərbaycan Hava Yolları" QSC-nin ("AZAL") rəhbəri Cahangir Əsgərovdur. “AZAL” “şef”i geniş rezonans doğuran bu qalmaqalın ortaya çıxmasından möhkəm qəzəblənib. Dünən mövzu ilə bağlı əldə etdiyimiz məlumata görə, federasiya rəhbəri olduqca sərt addımlar atmaq niyyətindədir. Bu sıraya AAF rəhbərliyində ciddi dəyişikliklərin aparılması da daxildir. Amma Əsgərov hələlik belə bir addım atmağa tələsmir. Bunun səbəbi isə federasiyanın məsul şəxslərinin cəzalandırılmasının “dopinq qalmaqalı”nı yenidən gündəmə gətirə biləcəyidir. Məlum məsələdir ki, iqtidar içində müəyyən bir-biri ilə zidd olan qruplaşmalar var. Belə qruplaşmalardan hər hansı biri qarşı tərəflə bağlı xoşagəlməz situasiya yarananda bunu fürsətə çevirməyə, rəqiblər əleyhinə istifadə etməyə çalışırlar. Elə Cahangir Əsgərov da bu məqamı nəzərə alaraq məlum dopinq qalmaqalının mümkün olduğu qədər sakit şəkildə yoluna qoyulmasına çalışır. Əli
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?