AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Mikayıl Nərimanoğlu isə virtualaz.org saytına açıqlamasında bu məsələyə aydınlıq gətirib.
M.Nərimanoğlu Qırğızıstan-Azərbaycan oyununun AzTV ilə canlı yayımlanmamasının məsuliyyətinin nə AFFA-da, nə də AzTV-də olmadığını bildirdi: “Qırğızıstan tərəfi bu oyunun yayım hüququnu AFFA-ya, sonuncu da öz növbəsində AzTV və “İdman Azərbaycan” telekanallarına vermişdi. Hər iki telekanal da oyunu canlı yayımlamağa hazır idi. Amma Qırğızıstan tərəfindən texniki problem yaranıb. Yəni qırğızlar oyunun yayımını peykə ötürə bilməyiblər. AzTV və “İdman Azərbaycan” da oyunu bu səbəbdən translyasiya edə bilməyiblər. Burada Azərbaycan tərəfinin heç bir günahı yoxdur”.
* * *
Futbol üzrə Azərbaycan milli komandası 2013-cü ildə son oyununu bu gün keçirib.
Virtualaz.org saytı xəbər verir ki, Berti Foqtsun baş məşqçisi olduğu seçmə komandamız Bişkekdə Qırğızıstan millisinin qonağı olub. Millimizin zəif rəqibi ilə yoldaşlıq oyununda hesab açılmayıb - 0:0.
Komandamızın bir neçə gün öncə Tallində keçirdiyi yoldaşlıq oyununda Estoniyaya uduzduğunu (1:2) da yada salaq.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 13:00-da başlayan Qırğızıstan-Azərbaycan oyununun AzTV ilə canlı yayımlanması nəzərdə tutulmuşdu. Bu barədə AFFA-nın rəsmi saytı da məlumat yaymışdı. Amma azarkeşlər millimizin oyununa ya AFFA-nın, ya da AzTV-nin günahı ucbatından tamaşa edə bilmədilər. Qarşılaşma AzTV, eləcədə “İdman Azərbaycan” kanalı ilə göstərilmədi.
Oyun başlayanda AzTV-dən futbol əvəzinə cizgi filmi nümayiş olunurdu. Ölkəmizdə futbol azarkeşlərinə qarşı bu cür hörmətsizliyə ilk dəfə deyil rast gəlinir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?