"Qalatasaray" Martin Linnesi transfer etdiyini rəsmən açıqlayıb.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.
Anlaşmaya əsasən, Linnesin keçmiş klubu Norveç "Molde"sinə 2 milyon avro ödənilib. Üstəlik, 500 min avro ilə məhdudlaşdırılması şərti ilə Linnesin start heyətində yer aldığı hər 20 oyun üçün 100 min avro ödəniləcək.
Futbolçunun özünə isə hər oyun üçün 10 min avro ödəniləcək.
Qeyd edək ki, "Qalatasaray" daha öncə "Kasımpaşa"dan Rayan Donku heyətinə qatıb
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?