"Qalatasaray" daha bir futbolçunun transferini həll edib.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, "Dinamo Kiyev"in yarımmüdafiəçisi Yunes Belhanda İstanbul klubu ilə razılığa gəlib. "Cim bom" 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayacaq.
Kiyev klubu transferdən 6 milyon avro qazanacaq. Mərakeşli havbek baş məşqçi İqor Tudorun öz oyun sxeminə uyğun gördüyü futbolçulardandır. Onun həftə sonu İstanbula gəlməsi və tibbi müayinədən keçməsi planlaşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?