Mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən "Xəzər Lənkəran" daha bir yarımmüdafiəçini heyətinə qatacaq.
gundemxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, cənublular gənc futbolçu Asif Mirili ilə müqavilə bağlayacaqlar. Bir müddət "İnter"də və "Simurq"da çıxış etmiş futbolçu artıq komandanın düşərgəsindədir. Bundan başqa, "Xəzər Lənkəran"da üzlər gülüb. Klub rəhbərliyi futbolçulara borclu qaldığı 2 ayın maaşını verib. Həmçinin futbolçulara bundan sonra pullarda problem olmayacağı vəd edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?