"Real"ın yarımmüdafiəçisi Xames Rodriqez polisin əmrinə tabe olmadığına görə 10 400 avro cərimələnib. gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçu yanvarın 1-də "Audi" markalı avtomobili ilə klubu bazasına böyük sürətlə daxil olması səbəbindən bu cəza ilə üzləşib. Xames 200 km/saat sürətlə hərəkət edərkən yol xidmətinin saxlamaq tələbini yerinə yetirməmişdi. O, sürət həddini aşmağını məşqə gecikməsi ilə izah etmişdi. Gənc havbek onu təqib edən polis maşınını görmədiyini də bildirmişdi.
Kolumbiyalı futbolçunun meydandakı işləri də qaydasında getmir. Son vaxtlar formasını itirən yarımmüdafiəçinin yayda başqa kluba satılması müzakirə mövzusudur.
Sorğu
Yeni dizaynımız necədir?