Azərbaycanda keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar hazırlıq işləri normal qaydada davam edir.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yarışlara hazırlıqla bağlı işlər cədvəl üzrə aparılır: "Onların icrasında hər hansı problem yoxdur. Asfalt örtüyünün hamısı tamamilə dəyişilib. Asfaltın sonuncu qatı aprelin sonu, may ayının əvvəllərində çəkiləcək. Azadlıq meydanında da tikinti işləri aparılır. Orada müvəqqəti qurulan pit-stop binası tikilir. Texnologiyaların və avadanlıqların çoxu gətirilib, bir hissəsi isə yoldadır".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?