Bakıda "Formula 1" trası Soçidəkindən daha yaxşı təşkil olunub.
gundemxeber.az bidirir ki, bunu Trend-ə Rusiyanın Novosibirsk şəhərindən olan azarkeş Maksim Qlotov deyib.
Onun sözlərinə görə, Bakı trasının böyük üstünlüyü azarkeşlər üçün xeyli sayda giriş və çıxışların olmasıdır.
Bakıda ilk dəfə olduğunu deyən azarkeş təşkilati işləri xüsusilə tərifləyib: "Burada tribunalar, monitorlar daha yaxşıdır. Bir sözlə, hər şey yüksək səviyyədədir".
Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi yarışlarına start verilib. Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?