FİFA prezidenti Yozef Blatter Rusiyanın "DÇ-2018"ə ev sahibliyi etmə hüququndan məhrum edilməsi ilə bağlı təkliflərə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "Spiegel"ə danışan FİFA prezidenti adı çəkilən ölkə ilə Ukrayna arasında siyasi gərginliyə baxmayaraq "DÇ-2018"in Rusiyada keçiriləcəyini deyib:
"Qarşıdakı dünya çempionatı Rusiyada keçiriləcək. Bunun təxirə salınması müzakirə mövzusu ola bilməz. Biz "DÇ-2018" və "DÇ-2022"nin təşkilatçılığına inanırıq. Hazırda FİFA-nın hesabatını gözləyirik".
Qeyd edək ki, Avropa Birliyinin bəzi ölkələri Rusiyanın FİFA və UEFA-ya üzvlüyünün dayandırılmasını təklif edir. Xarici mətbuatın yazdığına görə hazırda Rusiyaya qarşı yeni sanksiya metodları müzakirə olunur. Əgər Rusiyanın FİFA və UEFA-ya üzvülüyü dayandırılarsa, o zaman bu ölkənin klubları avrokuboklarda iştirak edə bilməyəcək və "DÇ-2018"in ev sahibliyi hüququndan məhrum olunacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?