İngiltərə Peşəkar Futbolçular Assosiasiyası ölkənin Premyer Liqasında mövsümün ən yaxşı futbolçusunu seçib.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, "Lester"in yarımmüdafiəçisi Riyad Maxrez mövsümün ən yaxşısı olub.
O, bu mövsüm oynadığı 34 matçda 17 qol vurub və 11 qolun ötürməsini verib.
"Tottenhem"in yarımmüdafiəçisi Delle Alli isə ən yaxşı gənc oyunçu seçilib. 20 yaşlı oyunçu bu mövsüm 32 matçda 10 qol vurub və 9 qolun ötürməsini verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?