"Real"ın futbolçusu Kriştianu Ronaldu daha bir oyun buraxacaq.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu zədə səbəbindən La Liqanın 36-cı turunda "Real Sosyedad"a qarşı oynamayacaq.
Zədəsinin müalicəsi davam edən K.Ronaldunun Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə qarşı cavab matçında iştirak edib-etməyəcəyinə isə oyun günü qərar veriləcək.
Qeyd edək ki, K.Ronaldu zədə səbəbindən La Liqada "Rayo Valyekano" ilə görüşü və ÇL-də "Mançester Siti" ilə ilk oyunu buraxıb.
Sorğu
Yeni dizaynımız necədir?