"Beşiktaş"ın keçmiş futbolçusu İbrahim Toraman 360 TV-dəki işindən çıxarılıb.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Eylem Yıldızın ona qarşı zorakılıq etdiyi üçün açdığı boşanma davası olub. Həyat yoldaşını tez-tez döydüyü deyilən futbolçu telekanalın imicini zədələməsin deyə "Teleqol" verilişindəki şərhçi vəzifəsindən azad edilib, yerinə isə Serdar Bali gətirilib.
Türkiyə futbol liqasının bitməsinə hələ 4 həftə qaldığı halda telekanaldan qovulan Toraman bunları təkzib etməyə çalışaraq "sadəcə ödənişləri vaxtında etmədikləri üçün özüm ayrıldım" deyib.
Qeyd edək ki, Eylem İbrahim Toramanın onu döyməklə yanaşı, başqa bir qadınla aldatdığını da iddia edib. O, özü üçün 5 milyon (təxminən 2,77 milyon manat), uşaqlarına görə isə 30 min lirə (təxminən 16 min manat) təzminat tələb edib. Müvəqqəti qərar verən məhkəmə futbolçunun evinin, 4 min lirə (təxminən 2 min manat) təzminatın bir müddətlik Eylem və uşaqlarına verilməsini istəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?