Rejissor, aktrisa və menecer Canda Karikutal onu döyən aktyor Ayberk Pekcana qarşı qaldırdığı məhkəmə prosesini udub.
6 il əvvəl baş vermiş hadisədən sonra Canda şikayət ərizəsi yazmış və təzminat tələb etmişdi. Məhkəmə 3 min lirə (təxminən 1500 manat) cərimə təyin etsə də, cəza təxirə salınmışdı.
Karikutal daha sonra apellyasiya şikayəti vermiş və 2 gün əvvəl çıxarılan qərara əsasən Pekcan keçmiş sevgilisinə 9 min lirə (təxminən 4500 manat) maddi, 5 min lirə (təxminən 2500 manat) mənəvi təzminat verəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?