Türkiyə Futbol Federasiyası Superliqanın 30-cu turunda keçirilən qalmaqallı "Trabzonspor" - "Fənərbağça" matçı (0:4) haqda qərar verib.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, qərara əsasən, ev sahibi komanda ağır cəzalanıb.
Qaradənizlilər 4 ev oyununu azarkeşsiz keçirəcəklər. Bundan başqa, klub 915 min lirə cərimə olunub.
Qeyd edək ki, sözügedən oyunun sonlarına yaxın yerli azarkeşlərdən biri meydana daxil olub, köməkçi hakimə zərbə endirmişdi. Matçın 88-ci dəqiqəsində isə trabzonlu azarkeşlər meydana daxil olduğu üçün qarşılaşma yarımçıq dayandırılmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?