Heç kəsin zədədən əziyyət çəkməsini istəmirəm. Zədə səbəbindən oynamamaq futbolçuya pis təsir edir. Milli komandada 9 aydan sonra ilk qolumu vurduğumu bilmirdim. Ölkəmi təmsil etmək, Avropa çempionatında oynamaq qürurvericidir.
gundemxeber.az qol.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə millisinin futbolçusu Burak Yılmaz "Avro-2016" öncəsi Sloveniya ilə keçirdikləri yoxlama oyunundan (1:0) sonra deyib.
Komandasının qələbə qolunun müəllifi olan 30 yaşlı hücumçu bildirib ki, yoxlama oyununda fərqlənməsi Avropa çempionatı öncəsi özünə olan inamı artırıb:
"Artıq çox insan millini dəstəkləyir. Avropa çempionatına ən yaxşı formada hazırlaşmışıq. Düzdür, bəzi çatışmazlıqlar var. Ancaq yenə də bu turnirə hazırıq. Avropa çempionatında daha yaxşı oynamalıyıq. Qrup mərhələsində qarşılaşacağımız İspaniya, Xorvatiya və Çexiya güclü komandadırlar. Ancaq biz onlardan geri qalmırıq".
Qeyd edək ki, B.Yılmaz Sloveniya ilə oyunda vurduğu qoldan sonra Türkiyə millisinin tarixində ən çox fərqlənən (20 qol) 4-cü futbolçu olub. Bu göstəricidə ilk pillədə 51 qolla Hakan Şükür qərarlaşıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?