"Formula 1" Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında I sərbəst yürüşlərdə maksimum sürət 351 km/saat təşkil edib.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bu nəticəni "Williams"ın finlandiyalı pilotu Valtteri Bottas göstərərək Formula 1-in şəhər traslarında maksimum sürət üzrə rekordunu müəyyənləşdirib.
"Mercedes"in pilotu Luis Hamilton isə ən yüksək orta sürəti (203,042 km/saat) göstərib.
Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi yarışlarına start verilib. Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?