Beynəlxalq Avtomobil Federasiyası (FIA) Bakıda "Formula 1" yürüşlərinin ilk günündə iki sərbəst praktikanın yekunu üzrə şəhər trasında kiçik dəyişiklik edib.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, belə ki, 6-cı və 12-ci döngələrdə porebriklər götürülüb, onların yerinə rənglənmiş işarələr qoyulub.
Bundan başqa, pit-leynə girişdə işarənin yeri və uzunluğu dəyişdirilib. Pilotlar həmin işarəni görməkdə çətinlik çəkdiklərini bildirmişdilər.
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Sorğu
Yeni dizaynımız necədir?