Moldovanın "Daçiya" klubunun yeni transferi İqor Buqayev futbol üzrə Avropa Liqasında "Kəpəz"lə keçirəcəkləri I təsnifat mərhələsinin oyunu öncəsi fikirlərini bölüşüb. 32 yaşlı forvardın müsahibəsi
- Oyunqabağı əhval-ruhiyyəniz necədir?
- Döyüşkən. Uşaqlar hamımızı çox məsuliyyətli oyunun gözlədiyini başa düşürlər. Biz bu mərhələyə uzun müddət hazırlaşmışıq.
- Səfər matçında sizi hansı nəticə qane edir?
- İstənilən müsbət nəticə. "Kəpəz" barədə az məlumatlıyıq. Düzdür, oyunlarına baxmışıq, müzakirə etmişik. Amma Bakıda əyani tanış olacağıq. Əsas məqsədimiz top buraxmamaq şərtilə qol vurmağa çalışmaqdır.
- Komandada yenisən. Yəqin ki, "Daçiya"da debüt etməyə hazırlaşırsan...
- Oynayıb-oynamayacağımı bilmirəm. Buna baş məşqçi qərar verir. Mənim işim özümü məşqlərdə göstərməkdir. Baş məşqçi isə kimi meydana buraxacağını müəyyənləşdirəcək.
- "Daçiya"nın yoluna davam etmə şansları necədir?
- Açığı, proqnoz verməyi sevmirəm. Bir şeyi deyə bilərəm: Çalışacaq və meydanda bütün gücümüzü qoyacağıq. İyulun 7-də cavab görüşümüz olacaq. İndidən danışmayaq. Qələbəyə oynamağa çalışacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?