UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Kəpəz" "Daçiya"nın qonağı olacaq.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib:
"Bakıda keçirilən oyun həm azarkeşlər, həm də jurnalistlər üçün baxımlı olmuşdu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. İlk yarıda bizim qol vəziyyətlərimiz daha çox olmuş, ikinci hissədə üstünlük rəqibin tərəfinə keçmişdi. Haradasa heç-heçə ədalətli nəticə idi. Onda da demişdim, indi bir daha söyləmək istəyirəm ki, cütün taleyi Kişinyovda həll olunacaq. Komandalar bir-birinə layiqdirlər, çünki güclər bərabər səviyyədədir. Evdə "Daçiya" daha yaxşı oynamağa çalışacaq. Biz də əvvəlcədən əlimizi yanımıza salıb təslim olmayacağıq, meydanda gərgin mübarizə olacaq. Tərəflərin tur keçmək şansı eynidir. Mərhələ keçsək, bu, mənim qarşıdan gələn 50 illik yubileyimə futbolçulardan ən böyük hədiyyə olacaq. Hazırlıq üçün vaxtımız az olub. Qısa zaman kəsiyində hərtərəfli hazırlaşmaq, ideal forma yığmaq, oyun təcrübəsi qazanmaq çətin olar. Moldovada futbol oynamışam, burada yaxşı günlərim olub. Unutmadığım məşqçilər, komanda yoldaşlarım var. Kişinyov mənə çox doğmadır".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?