"Komandamla qürur duyuram. Çox çalışdıq və bütün gücümüzü ortaya qoyduq. Fransadan gözəl xatirələrlə ayrılırıq. Yarımfinalda uduzduğumuz üçün məyusuq, ancaq indiyə kimi etdiklərimizlə ölkəmizi qürurlandırdıq".
Bu sözləri Uels millisinin baş məşqçisi Kris Koulman "Avro-2016"nın yarımfinalında Portuqaliyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, bu görüşdə komandasının yorğun kimi göründüyünü bildirib:
"Portuqaliya qol imkanlarını yaxşı dəyərləndirdi. Komandamla qürur duyuram. Azarkeşlərimizə də təşəkkür edirəm. Bu, Portuqaliyanın 7-ci yarımfinal oyunu idi. Onlar bizdən daha təcrübəli idilər. Biz ilk dəfə idi ki, yarımfinalda oynayırdıq. Qürur duya biləcəyimiz çox şey var. Bu, hekayənin sonu yox, başlanğıcıdır. Bundan sonra daha uğurlu çıxış edəcəyik".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?