"Buraxdığımız ilk qol oyunumuza pis təsir etdi. Bundan sonra özümüzə, oyunumuza olan inanımımız yox oldu. Oyun üslubumuzu itirdik, müdafiə oluna bilmədik. Komandada gərginlik var idi. Ancaq bu, mənim günahımdır. Hər kəs özünü tənqid etməlidir. Mənim vəzifəm fərqli durumlarda komandaya kömək etməkdir. Bu vəziyyətdə komandanın vəziyyətini yaxşılaşdırmalı idim".
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının finalında "Sevilya"ya 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, bəxtlərinin gətirmədiyini bildirib:
"Bu cür final oyunlarında bir az şansa ehtiyac var. Ancaq bizim heç bəxtimiz gətirmədi. Məğlub olduğumuz zaman özümüzü tənqid etməliyik. Gücümüzün 50-60 faizindən istifadə etdik. Çox məyusuq".
O, yeni mövsümdə avrokuboklara vəsiqə qazanmağa çalışacaqlarını vurğulayıb:
"Növbəti mövsüm avrokuboklarda oynamayacağıq. Buna görə də məşq etmək üçün daha çox vaxtımız var. Yeni mövsüm bizim üçün fərqli olacaq. Bəzi transferlər edəcəyik. Ən önəmlisi indikindən təcrübəli olacağıq. Hamıya söz verirəm ki, daha güclü qayıdacağıq".
Sorğu
Yeni dizaynımız necədir?