Bakıda bədii gimnastika üzrə Dünya Kuboku finalı yarışları mənim üçün çox vacibdir.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə yarışların debütantı Alisa Sadek deyib.
Onun sözlərinə görə, yarışların ilk gününü özü üçün çox da uğurlu hesab etmir. Lakin ümid edir ki, azarkeşlər çıxışından zövq alıblar.
Gimnast azarkeşlərə verdiklərə dəstəyə görə təşəkkür edir: "Burada Livan bayrağını gördüm. Bu, o deməkdir ki, artıq burada mənə azarkeşlik edirlər. Bakı çox xoşuma gəldi".
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparacaq. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?