Azərbaycanla oyunu qrupun həlledici yox, vacib görüşü sayıram. Əsas odur ki, üç xal qazanıb qrupda ikinci yerə yüksələk. Bu, fantastik nəticə olar.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisininin hücumçusu Coş Madjennis DÇ-2018-in seçmə mərhələsində sabah millimizə qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.
O, Azərbaycanın qrupda hələ qol buraxmamasına da toxunaraq deyib: "Əgər qol vursaq, ikiqat əla olar. Biz çalışacağıq özümüzün ən yaxşı oyunumuzu göstərib istədiyimiz nəticəni qazanaq".
Sorğu
Yeni dizaynımız necədir?