"Mançester Siti"nin ötən yay "Sevilya"ya icarə üçün göndərdiyi Samir Nasri yeni klubundan razıdır.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi əvvəlki formasını bərpa etmək arzusunu ifadə edib.
"Mövsümün əvvəlində mənə dəyişiklik lazım idi. Qvardiola qalmağımı istəyirdi. Amma son mövsümdə zədələr çox oldu. Futboldan başı çıxanlar bilir ki, "Sevilya" bir sıra futbolçuları yenidən zirvəyə qaytarıb. Xesus Navas, David Silva, Nolitodan Əndəlus klubu barədə maraqlandım. Hamısı müsbət fikir söylədi. Bura mənim üçün ideal yerdir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?