"Mançester Yunayted" Premyer Liqaının 24-cü turunda "Lester"ni məğlub etməklə (3:0) 4-cü pillədəki "Arsenal"la xal fərqini 2-ə endirib. "Qırmızı şeytanlar"ın hücumçusu Zlatan İbrahimoviç isə fərqlənməklə Premyer Liqanın bir mövsümündə 15 qol vuran ən yaxşı futbolçu olub.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı forvard matçdan sonra rekordu barədə fikir bildirib.
"Nəzərimdə bir hədəf tutmuşam, amma sizə deməyəcəm. Hələ ki, buna nail olmamışam. Qol vurmaq mənim üçün yeni bir şey deyil. Bunu hər il edirəm, sadəcə işimi görürəm. Ötən mövsüm 27 qol vurmuşdum. Bənzər statistika əvvəlki mövsümlərdə də qeydə alınmışdı".
İsveçli ulduz komandasının Çempionlar Liqasına vəsiqə qazanmaq imkanları barədə bunları deyib:
"Fikrimcə, buna nail olacağıq. Bir neçə ay öncə 4-cü pillə ilə xal fərqimiz böyük idi. İndi bu fərq azalıb. Biz özümüzün düşməniyik. Lazım olan oyunlarda qalib gəlib xallar qazansaydıq, vəziyyət tam başqa olardı. İndisə başqa klubların xal itirməsini gözləyirik".
Sorğu
Yeni dizaynımız necədir?