"Cim-Bom" öz meydanında "Qara dəniz fırtınası"ndan üstün olub
Türkiyə çempionatının 2012/2013-cü il mövsümünü çempion olaraq başa vuran "Qalalatasaray" son turda "Trabzonspor"u qəbul edib. Qarşılaşma çempionun 2:0 hesablı qələbəsilə yekunlaşıb. Matçda ilk olaraq 34-cü dəqiqədə Riera qol vurub. 52-ci dəqiqədə isə Burak Yılmaz hesab arasındakı fərqi 2 topa çatdırıb. Bu B.Yılmazın bu mövsüm Türkiyə çempionatında vurduğu 24-cü qol olub. Futbolçu "qol kralı" ünvanına da sahib çıxıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?