Azərbaycanın Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət bədii gimnastika yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, 4 hərəkətin yekunu üzrə yığmamızın nəticəsi 128.200 bal olub.
Özbəkistan ikinci (123.850 bal), Türkiyə komandası isə üçüncü (100.750) yeri tutub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?