Azərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, təmsilçimiz tirdə hərəkətlərin yekunu üzrə 12.600 bal toplayıb.
Daha bir təmsilçimiz Yuliya İnşina isə üçüncü olub - 12.250 bal.
Bu proqramda qızıl medala Türkiyə idmançısı Göksu Üçtaş Şanlı (12.750) sahib çıxıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?