"Lester Siti"nin sahibi Vicay Srivadhanaprabha daha bir klubu alıb.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, onun sahib olduğu "King Power" Belçikanın ikinci divizionunda mübarizə aparan "Leuven" klubunun nəzarət paketini ələ keçirib. Kluba kifayət qədər maliyyə dəstəyi vəd olunub. "Leuven"in idarə heyəti Vicay Srivadhanaprabhanın konkret təkliflə çıxış etdiyini bildirib. Klubun satılması 3 formal prosedurdan sonra baş tutacaq.
Sorğu
Yeni dizaynımız necədir?