GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Hafiz Məmmədov Fransa maliyyə polisindən niyə qorxur...

Hafiz Məmmədov Fransa maliyyə polisindən niyə qorxur...

Tarix: 13-01-2014, 13:58 Bölmə :Siyasət Baxış: 1 155
Hafiz Məmmədov Fransa maliyyə polisindən niyə qorxur...
“L'Equipe” jurnalı azərbaycanlı milyarderin bu ölkənin maliyyə polisinin qorxusundan vəd etdiyi 6 milyon dolları klubun hesabına köçürə bilmədiyini yazdı

Azərbaycanlı oliqarx, “Baghlan Group” holdinqinin və “Bakı” futbol klubunun sahibi Hafiz Məmmədovla bağlı Fransada yenidən ciddi problem yaranıb. Bu üzdən bir neçə gündür ki, onun adı bu ölkənin idman mediasının gündəmindən düşmür.



Virtualaz.org saytı Fransa KİV-lərinə istinadən xəbər verir ki, bu ölkənin Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) H.Məmmədovun aldığı “Lans” klubuna mövsümün sonunadək futbolçu transferini qadağan edib. Qərarda deyilir ki, “Lans” klubunun hazırkı

maliyyə vəziyyəti transferləri həyata keçirməyə imkan vermir.

“Lans” klubu isə yaydığı rəsmi açıqlamada qərarın öz maliyyə vəziyyəti və layihələri baxımından reallığa söykənmədiyini bəyan edib. Klub DNCG-nı dərhal qadağanı ləğv

etməyə və məsələyə yenidən baxmağa çağırıb.



Bu qərar təkcə “Lans” düşərgəsində deyil, Fransanın futbol ictimaiyyəti arasında da anlaşılmazlıqla qarşılanıb. Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus klubda maliyyə vəziyyətinin qaydasında olduğu bir vaxtda belə bir qadağanın qoyulmasının səbəbi rəsmən açıqlanmır. Amma “L'Equipe” nəşri yazır ki, problem azərbaycanlı milyarderin vəd etdiyi vəsaiti Fransa klubunun hesabına köçürəcəyinə dair etibarlı sübutun olmamasından qaynaqlanır.

H.Məmmədov ötən ilin iyulunda “Lans”a sahib olarkən kluba ilkin mərhələdə 5 milyon avro, bu il iyunun 30-dək isə 6 milyon avro köçürməli idi. Amma klub 6 milyon avronu fevraldan etibarən köçürülməyə başlanmasını, DNCG isə bu ödəmələrə zəmanət verilməsini xahiş edib.

Hazırda “Lans” Fransanın II liqasında 3-cü pillədə qərarlaşıb və gələn mövsüm I liqaya vəsiqəyə iddialıdır.

“Nəyə görə “Lans”a transfer etmək qadağan olundu? Bu sual yanvarın 10-dan başlayaraq beyinləri düşündürür. Xüsusən də “Lans”ın sahibi Hafiz Məmmədovun milyarder olduğu nəzərə alınarsa!” - deyə “L'Equipe” sual edir.

Jurnal yazır ki, bunun iki səbəbi var. Birincisi, azərbaycanlı milyarderin vəd etdiyi kapitalı klubun hesabına yatırmasının müddəti ilə bağlı problemlər var.



“İkinci səbəb isə maliyyə polisi və klubun majoritar səhmdarının maliyyə mənbələri ilə bağlı şübhələrin olmasıdır” - deyə jurnal qeyd edir.

Məsələ ilə bağlı yanvarın 11-də “Lans” prezidenti Jerve Martel də mətbuat konfransı keçirib. O bildirib ki, DNCG-nin qərarı onları qorxutmur: “Biz bundan təəccüblənmədik. Müəyyən şübhələrimiz var idi ki, komissiya belə qərar verə bilər. Baxmayaraq ki, belə qərar üçün əsas yoxdur”.

Jerve Martel bildirib ki, DNCG “Lans” klubunun şikayəti əsasında məsələyə yanvarın 15-də yenidən baxmalıdır.

Fransanın idman nəşrləri yazırlar ki, DNCG-nin qərarı “Lans” klubunun I liqaya qalxması yolunda ciddi əngəl ola bilər. Belə ki, klub H.Məmmədovun pulları hesabına bir neçə oyunçu almağa hazırlaşır və onlarla danışıqlar aparırdı. Bunlar o qədər də bahalı olmayan futbolçulardır. Hansı ki, “Hafka” ötən ilin noyabrında “Canal+Sport”a (Fransa) müsahibə verəndə “Lans”a Zlatan İbrahimoviç kimi məşhur oyunçunu da transfer etməyə hazır olduğunu bildirmişdi.

Virtualaz.org saytının bundan əvvəl xəbər verdiyi kimi, “L'Equipe” jurnalı Fransanın Maliyyə Nazirliyinin çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə xüsusi idarəsinin, yəni TRACFİN (Gizli maliyyə sxemlərinə qarşı mübarizə və kəşfiyyat idarəsi. Fransızca belədir: “Traitement du Renseignement et Action contre les Circuits FINanciers clandestins”-red.) H.Məmmədovun pullarının mənşəyini araşdırdığı haqda yazmışdı.

Jurnal yazırdı: “Fransa Maliyyə Nazirliyinin gizli maliyyə sxemlərinə qarşı mübarizə və kəşfiyyat xidməti - TRACFİN Hafiz Məmmədovun pullarının mənşəyi və Fransa klubuna yatırılmasının məqsədi ilə bağlı şübhələrinin olduğunu gizlətmir. Bununla belə təşkilat hələ rəsmən bu yatırımlara qarşı hərəkətə keçmək üçün obyektiv əsas görmür.

“Hələ bizim əlimizdə onun vəsaitlərinin Fransaya daxil olmasına və reallaşdırılması hüququna qarşı hərəkət etmək üçün obyektiv əsas yoxdur” - deyə təşkilatdan bildirilib”.

Jurnalın dekabrın 20-də dərc etdiyi həmin məqaləsindən əvvəl də Fransa saytlarının birində bu ölkənin Maliyyə Nazirliyinin çirkli pulların yuyulmasına qarşı mübarizə xidmətinin H.Məmmədovla maraqlandığı barədə epizodik xəbər yer almışdı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hafiz Məmmədov fransız klubuna sahib oldu

    Hafiz Məmmədov fransız klubuna sahib oldu ...

    4-07-2013, 14:20

  • 
  • Fransada «Hafka» əleyhinə etiraz aksiyası keçirilib

    Fransada «Hafka» əleyhinə etiraz aksiyası ...

    20-07-2014, 18:51

  • 
  • Hafiz Məmmədov Fransada futbol klubu alır

    Hafiz Məmmədov Fransada futbol klubu alır ...

    21-04-2013, 15:06

  • 
  • Hafiz Məmmədovun yeni biabırçı videosu yayıldı - (Video)

    Hafiz Məmmədovun yeni biabırçı videosu yayıldı - ...

    26-11-2013, 23:19

  • 
  • Fransa mətbuatı Hafiz Məmmədovun bankdakı milyardlarından yazdı

    Fransa mətbuatı Hafiz Məmmədovun bankdakı ...

    22-02-2014, 14:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu