"Liverpul"un yeni icraçı direktoru Piter Mur klubun transfer strategiyası haqqında danışıb.
İngilis funksioner dedi:
"Rəqib transferlərə 100 milyon funt xərcləyirsə, biz də belə etməliyik deyə bir şey yoxdur. Əsas məsələ komandamızda müəyyən mövqelərini möhkəmləndirməkdir. Mən sadəlövh ola bilərəm, amma rəqiblərə baxmıram. "Manchester City"ni rəqibimiz kimi götürək. Transferlər üçün onlar qədər büdcə ayırmalıyıq? İndi futbol böyük biznesdir. İrəli getmək lazımdır. Biz harda olduğumuza diqqət yetirməliyik. Son 40 ildə "Liverpul" ən uğurlu klublardan biridir. Dünya səviyyəli məşqçimiz var. Klub hər şeyi nəzarətdə saxlayan idan direktoru na malikdir. Bir sözlə, bütün əsas inqrediyentlərimiz var".
62 yaşlı Mur daha öncə "EA Sports"da vitse-prezident kimi çalışıb. O, 2017-ci ilin fevralında Yan Eyrin əvəzinə "qırmızılar"ın icraçı direktoru təyin olunmuşdu.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?