Cənubi Koreyada 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında qalib müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, finalda Venesuela ilə qarşılaşan İngiltərə 1:0 hesablı qələbə qazanıb.
Dominik Kalvert Levinin 35-ci dəqiqədə vurduğu qol ingilislərə dünya çempionu edib. Venesuela millisi 74-cü dəqiqədə penalti vurmaq haqqı qazansa da, bu şansından istifadə edə bilməyib.
İngiltərə millisi tarixində ilk dəfə dünyanın ən güclüsü olub.
Sorğu
Yeni dizaynımız necədir?