Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası futbola yeni qaydaların gətirilməsini müzakirəə çıxaracaq.
gundemxeber.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qurumun rəhbəri Deyvid Elleray yeniliklərlə bağlı sənədlər hazırlandığını və təkliflərin idarə heyəti tərəfindən dəyərləndiriləcəyini söyləyib.
Futbolda nəzərdə tutulan yeniliklərlə bağlı təkliflər aşağıdakılardır:
- Futbolçunun künc və cərimə zərbəsi zamanı topu komanda yoldaşına pas vermədən özü oyuna daxil etməsi;
- Cərimə meydançası daxilində komanda yoldaşı topu geri ötürmə edərək qapıçısına verərsə qapıya penalty təyin olunması;
- Cərimə zərbəsi zamanı top hərəkətdə olarkən oyuna daxil edilməsi;
- Penalti zərbəsi zamanı rəqib oyunçular cərimə meydançasına daxil olarsa birbaşa qolun verilməsi;
- Komanda şəklinə hakimə etiraz edilməsi və onun ətrafına toplanması baş verərsə həmin klubdan xal silinməsi cəzası;
- Penalti zərbəsi zamanı topu qapıçı qaytararsa təkrar zərbəyə icazə verilməməsi və oyunun dayandırılaraq qapıçı tərəfindən topun oyuna daxil etməsi;
- Matçın müddətinin 90 dəqiqədən 60 dəqiqəyə azaldılması da yeniliklər arasında nəzərdə tutulub. Topun meydandan kənarda olduğu və oyunun dayandığı dəqiqələr ümumilikdə 60 dəqiqənin üzərinə əlavə ediləcək;
Qeyd edək ki, müzakirənin 2018-ci ildə aparılması gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?