Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi başa çatacaq.
gundemxeber.az-ın Trend-ə istinadən məlumatına görə, yarışın son günündə Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.
Pilotların start düzülüşü aşağıdakı kimidir:
1. Luis Hamilton ("Mercedes") 2. Valtteri Bottas ("Mercedes") 3. Kimi Raykkonen ("Ferrari") 4. Sebastian Fettel ("Ferrari") 5. Maks Ferstappen ("Red Bull Racing") 6. Serxio Peres ("Force India") 7. Esteban Okon ("Force India") 8. Lans Stroll ("Williams") 9. Felipe Massa ("Williams") 10. Daniel Rikkiardo ("Red Bull Racing")
Xatırladaq ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?