Avropa Futbol Assosiasiyaları (UEFA) və Beynəlxalq Futbol Federasiyalarının (FIFA) himayəsində fəaliyyət göstərən FARE (Football Against Racism in Europe) şəbəkəsi bu yaxınlarda futbol stadionlarında irqi ayrı-seçkilik nümunələrinə dair sənəd yayımlayıb.
Gündəm Xəbər “Günaz”a istinadən xəbər verir ki, İranda futbol azarkeşlərinin türk azarkeşlərə qarşı səsləndirdikləri şüarlar sənəddə “xər” (uzunqulaq) başlığı altında açıqlanıb.
FARE o cümlədən, “Turkish donkey” (eşşək türk), “Donkey, get lost!” (Eşşək, get, yox ol!), “There is no braying from the donkeys!” (Eşşəklərin anqırma səsi gəlmir!) və “The Turkish donkeys are silent!” (Eşşək türklər səssizdir!) şüarlarına işarə edib.
FARE-in sənədində gətirilən bu şüarların adətən Təbrizin “Traktor” komandasının matçları zamanı rəqib komandaların azarkeşləri tərəfindən səsləndirildiyi qeyd olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?