GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cahangir Əsgərov Azərbaycanı dünyada necə biabır etdi?

Cahangir Əsgərov Azərbaycanı dünyada necə biabır etdi?

Tarix: 25-04-2014, 11:30 Bölmə :Manşet Baxış: 1 613
Cahangir Əsgərov Azərbaycanı dünyada necə biabır etdi?
“Azal” şefi dövlət başçısının rəhbəri olduğu Milli Olimpiya Komitəsini ağır duruma düşürdü

Bakı Yay Olimpiya Oyunlarına hazırlaşdığı bir zamanda ağır atletlərin dopinq qalmaqalından necə qurtulacaq?

“Azal” Dövlət Konserninin prezidenti Cahangir Əsəgrov çətin durumdadır. Azərbaycanda Yay Olimpiya Oyunlarının keçirilməsinə dövlət səviyyəsində hazırlıqların başladığı bir vaxtda, konsern prezidentinin rəhbəri olduğu quruma beynəlxalq qınaqlar gəlməkdədir. Ölkənin Milli Olimpiya Kolmitəsi isə bu faktlardan sadəcə olaraq məyusluq keçirdiyini etiraf edir. Nəzərə alsaq ki, ölkənin idman sektoru birbaşa olaraq dövlət başçısının şəxsi nəzarətindədir və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevdir, o zaman Milli Olimpiya Komitəsi Azərbaycanın 18 ağırlıqqaldıranının dopinq qalmaqalı ilə üzləşməsi faktından nə qədər ziyan gördüyünü xüsusi qeyd etməyə ehtiyac yoxdur.
Cahangir Əsgərov həmçinin də Milli Olimpiya Komitəsinin rəhbərliyində təmsil olunan üzvlərdən biridir.
Bu günlərdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının tətbiq etdiyi sanksiyalardan sonra nazirliyin saytının yaydığı məlumatda deyilir ki, “bütün dünyada böyük problem kimi yaşanan dopinq qalmaqalı Azərbaycanda da daim diqqət mərkəzində olub. İdmançılarımızın bu problemdən uzaq olmaları üçün lazımı tədbirlər görülüb, 2006-cı ildən etibarən nazirliyin nəzdində “Dopinqlə mübarizə” sektoru fəaliyyət göstərməyə başlayıb. Hazırda MOK-un nəzdində də xüsusi antidopinq komissiyası yaradılıb”.
Bəyanatda deyilir ki, yaranmış durumla bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Ağır Atletika Federasiyası problemin həlli üçün birgə səylər göstərir.
18 Azərbaycan atletinin dopinq qalmaqalı ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyası qurumun 8 üzvünün (rəsmilər, məşqçilər və həkim) işdən uzaqlaşdırılmaları ilə bağlı qərar qəbul edib. Federasiya araşdırmalarını davam etdirir. Federasiya rəhbərliyi bildirir ki, araşdırma nəticəsində məsuliyyəti olan digər şəxslər də qurumdan uzaqlaşdırılacaq.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi də yaranmış problemlə bağlı araşdırmalarını davam etdirir. “Araşdırmanın əsas istiqamətlərindən biri idmançılardan 2013-cü ilin aprel, iyun və sentyabr aylarında dopinq testləri götürülsə də, testlərin müsbət çıxması ilə bağlı cavabların bəlli olmasından bir il sonra BAAF-ın rəsmi səhifəsində yer almasıdır. Digər araşdırması tələb doğuran suallardan biri isə idmançılarımızın dopinq testlərinin müsbət çıxmalarına baxmayaraq BAAF tərəfindən onların beynəlxalq yarışlara buraxılmasıdır. Bu və digər suallar hal-hazırda GİN və MOK tərəfindən cavablandırılması üçün aidiyyatı qurumlara ünvanlanıb”.
Qeyd edək ki, Azərbaycan 2003-cü ildən Avropa Anti dopinq konvensiyasına qoşulub. 2007-ci ildə prezident İlham Əliyev Azərbaycanın İdmanda Dopinqə qarşı Mübarizə haqqında Beynəlxalq Konvensiyasına qoşulması üçün sərəncam imzalayıb. Aprelin əvvəlində Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimələyib.
Lakin bu fakt Cahangir Əsəgrov bu il Bakıda Azərbaycanda Yay Olimpiya Oyunlarınıa ev sahibliyi etdiyi bir dönəmdə kifayət qədər ağır bir zərbə oldu. “Gündəm xəbər”ə daxil olan məlumatlara əsasən, Cahangir Əsəgrov ağır atletlərlə ümumiyyətlə maraqlanmaması səbəbindən bu arzuolunmaz olay yaranıb. İndi dövlətin nazirliyi və bütövlükdə hökumət bu beynəlxalq qınaqdan xilas olmaq üçün yollar arayır. Dünyanın məşhur idman dərgiləri Cahangir Əsgərovun prezident olduğu federasiyadakı bu biabırçı faktdan yazır. Təkcə Cahangir Əsgərov deyil, onun federasiyadakı birinci müavini, vitse-prezident, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da birbaşa olaraq idmançıların fiziki hazırlıq səviyyəsinə cavabdeh olan şəxslərdən hesab edilir. Və daxil olan informasiyalara əsasən, hazırda yaranmış beynəlxalq qalmaqalı önləmək üçün həm Cahangir Əsgərov, həm də nazir müavini İsmayıl İsmayılov bütün günahı federasiyanın icraçı direktoru “Azal” İdman Klubunun direktoru İsgəndər Əsgərovun üzərinə atmaq istəyirlər. Əslində İsgəndər Əsgərov da “Azal” prezidenti üçün yad adam sayılmır. Direktor Cahangir Əsgərovun yaxın qohumu və ailə üzvü sayılır. Görünür, vəziyyət o qədər qəlizdir ki, daha böyük personaların bu gərginliyi ortadan qaldırmaq üçün qurban verilməsi razılaşdırılıb.
Lakin bütün hallarda ölkənin ağırlıqaldıranlarının bu xoşagəlməz hərəkətinə cavabdeh olan birinci şəxs Cahangir Əsgərovdur.
RÜFƏT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Soçi Olimpiadasına 4 idmançı ilə

    Soçi Olimpiadasına 4 idmançı ilə ...

    1-02-2014, 00:48

  • 
  • Abbas Abbasovu sevindirən idman xəbəri

    Abbas Abbasovu sevindirən idman xəbəri ...

    11-09-2013, 00:34

  • 
  • Azad Rəhimovun yalanı açıldı

    Azad Rəhimovun yalanı açıldı ...

    14-12-2012, 12:15

  • 
  • Birinci xanımın yeni vəzifəsi

    Birinci xanımın yeni vəzifəsi ...

    18-09-2015, 21:58

  • 
  • Moskva 2014-cü il Qış Olimpiya estafetinə start verdi

    Moskva 2014-cü il Qış Olimpiya estafetinə start ...

    9-10-2013, 00:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu