UEFA maliyyə feyr-pleyi ilə bağlı yeniliklər edəcək.
Qurum şərtləri daha da sərtləşdirmək niyyətindədi.
Bu isə klubların bahalı transferlər etməsini daha da çətinləşdirəcək. UEFA-nın lisenziyalaşma və maliyyə feyr-pleyi komissiyasının direktoru Andrea Traverso indiki durumdan narazılıqlarını bildirib:
"Daim klublarla danışıqlar aparırıq. Onlar da transfer bazarının detallarını yaxşı bilir. Maliyyə feyr-pleyi şərtləri isə sərtləşdiriləcək. Heç kimə güzəşt olunmayacaq. Klublar transfer bazarında azad olacaq. Amma onların fəaliyyəti qaydalar çərçivəsindən kənara çıxmamalıdı".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?