"Güləşçilərimizin bu formada etiraz etməsi gözlənilməz oldu".
Bu fikirləri Azərbaycan Kikboksinq Federasiyasının vitse prezidenti Arzuman Abdulkərimov söyləyib. O, güləşçilərin bugünədək ən çox qayğı görən idmançılardan olduğunu bildirib: "Ölkəmizdə digər federasiyalarla müqayisədə idmançılara ən çox diqqət göstərilən federasiya məhz Azərbaycan Güləş Federasiyasıdır. Bu öz yerində. Məsələnin ən maraqlı nüansı odur ki, zamanında dövlətimiz, bayrağımız uğrunda ölərəm deyən güləşçilər Azərbaycan əleyhinə işləyənlərin dəyirmanına su tökmüş oldular. Halbuki illərdir dövlətin onlara ayırdığı vəsait hesabına dolanırlar". Onun fikirlərinə görə, bu aksiyadan dərhal sonra, Avropada yaşayan, ermənilərin dəyirmanına su tökən, Azərbaycan əleyhinə iş aparan bəzi üzdəniraqlar dərhal hərəkətə keçərək dövlətimizi hədəfə aldılar: "Bir hərəkəti etməzdən öncə onun dövlətimiz, ölkəmiz üçün hansı fəsadlar verəcəyini düşünmək lazımdır. Hər şey pulla olçülmür axı?! Yüzlərlə idmançımız haqqında misal göstərmək olar ki, uzun illərdir Azərbaycanın bayrağını yüksək kürsülərdə dalğalandırırlar, amma heç vaxt pul davası eləmirlər. Əyani olaraq Azərbaycan Kikboksinq Federasiyasının idmançılarını göstərə bilərik. Budur əsl vətənpərvərlik"./ölkə.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?