“Beş potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan “Kopenhagen” də istisna deyildi”.
Bunu “Qarabağ” komandasının baş məqşçisi Qurban Qurbanov Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib. 45 yaşlı mütəxəssis ÇL-in qrupuna düşmək uğrunda qarşılaşacaqları Danimarka çempionu “Kopenhagen”i incələyəcəklərini söyləyib: “Rəqibimizin gücü bəllidir, vaxtımız azdır. İstənilən halda şansımız var və bundan istifadə etməyə çalışacağıq. Rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”. Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq./report
Sorğu
Yeni dizaynımız necədir?