GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Cüdo yığmamız Budapeştdə 4 medal qazandı - FOTO - YENİLƏNİB

Cüdo yığmamız Budapeştdə 4 medal qazandı - FOTO - YENİLƏNİB

Tarix: 3-09-2017, 08:56 Bölmə :İdman Baxış: 707
Cüdo yığmamız Budapeştdə 4 medal qazandı - FOTO - YENİLƏNİB


21:18

Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub.


Azərbaycan milli komandası sentyabrın 2-də keçirilən fərdi yarışların sonuncu günündə aktivinə daha iki medal yazdırıb.

gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov dünya çempionatının bürünc medalını qazanıb. Elmar üçüncü yer uğrunda görüşdə digər cüdoçumuz Elxan Məmmədova qalib gəlib.

Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (78 kq-dan yuxarı) dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medala layiq görülüb.

Beləliklə cüdo üzrə Azərbaycan milli komandası Budapeşt mundialını 2 gümüş və 2 bürünc olmaqla, dörd medalla yekunlaşdırıb.

Xatırladaq ki, yarışların ilk günlərində idmançılarımız Orxan Səfərov və Rüstəm Orucov gümüş medal qazanıb.

Aktivində dörd medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında səkkizinci yeri tutub.

Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu mübarizə aparıb. Azərbaycan milli komandası çempionatda 17 idmançı ilə təmsil olunub.

20:46

Bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edən digər idmançımız İrina Kindzerska niderlandlı Tessie Savelkouls üzərində qələbə qazanıb.

Beləliklə, Azərbaycan təmsilçisi Macarıstanda keçirilən dünya çempionatında ikinci bürünc, ümumilikdə, dördüncü medalı komandamızın aktivinə yazdırıb. Əvvəlki yarış günlərində millimizin heyətində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal əldə ediblər.

19:41

gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində bürünc medal uğrunda görüşdə Azərbaycanın iki titullu cüdoçusu - dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov qarşılaşıb.

Komanda yoldaşı olan rəqibini vaza-ari xalı ilə məğlub edən Elmar Qasımov Macarıstanda keçirilən dünya çempionatını üçüncü yerdə başa vurub.

18:54

Yarımfinal mərhələsində mübarizə aparan digər cüdoçumuz İrina Kindzerska rəqibi dünya çempionu Çin təmsilçisi Sonq Yuya məğlub olub.

Beləliklə, o, bürünc medal uğrunda təsəlliverici görüşlərdə iştirak edəcək. İdmançımızın növbəti rəqibi bu il Bakıda keçirilmiş "Böyük dəbilqə" turnirinin qalibi niderlandlı Tessie Savelkouls olacaq.

18:32

Kişilərin yarışında 100 kiloqram çəkidə mübarizə aparan sonuncu Avropa çempionu Elxan Məmmədov finala yüksələ bilməyib.

Yarımfinalda Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Gürcüstan təmsilçisi Varlam Lipartelianiyə məğlub olan otuz beş yaşlı idmançımız komanda yoldaşı yarışdakı digər təmsilçimiz Elmar Qasımovla bürünc medal uğrunda görüşə çıxacaq.

18:09

Təmsilçimiz Elmar Qasımov dünya çempionatının bürünc medalı uğrunda ilk təsəlliverici görüşdə 2015-ci ilin dünya çempionatının mükafatçısı Belçika idmançısı Toma Nikiforova qalib gəlib.

15:49

Azərbaycan cüdoçusu Elxan Məmmədov rusiyalı Kazbek Zankişevlə görüşdə rəqibini məğlub edərək adını yarımfinal mərhələsinə yazdırıb.


2013-cü ilin dünya çempionatının qalibi olan idmançımız növbəti mərhələdə medallar uğrunda Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə üz-üzə gələcək.

Cüdoçumuz Elmar Qasımov isə dünya çempionatının üçüncü qarşılaşmasında yaponiyalı Aaron Volf ilə görüşüb. Qarşılaşma rəqibin üstünlüyü ilə başa çatıb.

15:19

İrina Kindzerska dörddəbir finalda Bosniya və Herseqovinanı təmsil edən Larisa Cericə vazari xalı ilə qalib gələrək yarımfinala vəsiqəni təmin edib.


Onun bu mərhələdəki rəqibi 2015-ci ilin dünya çempionu çinli cüdoçu Sonq Yu olacaq.

15:09

Dünya çempionatının ikinci qarşılaşmasında portuqaliyalı Jorge Fonseka ilə güləşən cüdoçumuz Elmar Qasımov rəqibinə ipponla qalib gələrək dörddəbir final mərhələsinə vəsiqə əldə edib. Onun növbəti rəqibi yaponiyalı Aaron Volf olacaq.

Elxan Məmmədov isə ikinci görüşündə ukraynalı Anton Savitskini ipponla mübarizədən kənarlaşdıraraq növbəti mərhələdə yarışmaq imkanı qazanıb.

14:32

Qadın cüdoçumuz İrina Kindzerska ikinci görüşündə litvalı Santa Pakenyteni məğlubiyyətə uğradaraq dörddəbir finala vəsiqə əldə edib.

Bu mərhələdə idmançımızın rəqibi Bosniya və Herseqovinanı təmsil edən Larisa Ceric olacaq.

14:15

Rio Olimpiadasının və Avropa çempionatının gümüş mükafatçısı Elmar Qasımov dünya çempionatına uğurlu start verib.

İlk qarşılaşmasında beynəlxalq Qran-pri turnirlərinin qalibi, monqolustanlı Otqonbatar Lxaqvasurenlə güləşən cüdoçumuz rəqibinə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

13:58

Dünya və Avropa çempionumuz Elxan Məmmədov ilk görüşünü qələbə ilə başa vurub.

"Böyük dəbilqə" turnirlərinin mükafatçısı kanadalı Kayl Reyesdən qızıl xalla üstün olan cüdoçumuz növbəti mərhələyə yüksəlib.

13:18

Qadınların mübarizəsində tatami üzərinə çıxan təmsilçimiz, "Bakı-2017"nin gümüş mükafatçısı İrina Kindzerska ilk görüşünü qələbə ilə başa vurub.

O, toqolu idmançı Essoxanam Korosu məğlub edərək növbəti mərhələyə adlayıb. Bu mərhələdə qadın cüdoçumuz 2015-ci ildə Bakıda keçirilən "Böyük dəbilqə" turnirinin ikincisi, litvalı Santa Pakenyte ilə üz-üzə gələcək.

Kişilərin 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri isə ilk qarşılaşmasında braziliyalı Rafael Silvaya məğlub olaraq çempionatda mübarizəni dayandırıb.

10:13

Macarıstanda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha dörd cüdoçusu medallar uğrunda mübarizəyə qoşulacaq.

Mndialın altıncı günündə 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində kişi, 78 kiloqramdan yuxarı çəkidə qadın cüdoçular yarışacaq.

Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Kişi cüdoçuların yarışında Azərbaycanı təmsil edəcək Rio Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının və Avropa çempionatının gümüş mükafatçısı Elmar Qasımov (100 kq) ilk görüşündə Otqonbatar Lxaqvasuren (Monqolustan) - Səidcəlal Səidov (Tacikistan) qarşılaşmasının qalibi ilə güləşəcək.

Digər idmançımız dünya və Avropa çempionumuz, "Bakı-2017"nin qalibi Elxan Məmmədov (100 kq) isə ilk cəhdində Luis Medina (Dominikan Respublikası) - Kayl Reyes (Kanada) görüşünün qalibi ilə qarşılaşacaq.

100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edəcək Avropa kubokunun və qitə çempionatının mükafatçısı Uşanqi Kokauri isə braziliyalı Rafael Silva ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində tatami üzərinə çıxacaq təmsilçimiz - "Bakı-2017"də ikinci yeri tutmuş İrina Kindzerska toqolu idmançı Essoxanam Koros ilə qüvvəsini sınayacaq.

İlk görüşlər Bakı vaxtilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları isə saat 18:00-da başlayacaq.

Hazırda aktivində iki gümüş medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında yeddinci yerdə qərarlaşıb. Millimizin heyətində mötəbər yarışda yüksək əzmkarlıq nümayiş etdirən Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal əldə ediblər.

Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu mübarizə aparır. Azərbaycan milli komandası çempionatda 17 idmançı ilə iştirak edir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti də hazırda Budapeşt şəhərindədir və yarışları izləyir.


Cüdo yığmamız Budapeştdə 4 medal qazandı - FOTO - YENİLƏNİB
Cüdo yığmamız Budapeştdə 4 medal qazandı - FOTO - YENİLƏNİB
Cüdo yığmamız Budapeştdə 4 medal qazandı - FOTO - YENİLƏNİB
Cüdo yığmamız Budapeştdə 4 medal qazandı - FOTO - YENİLƏNİB
Cüdo yığmamız Budapeştdə 4 medal qazandı - FOTO - YENİLƏNİB
Cüdo yığmamız Budapeştdə 4 medal qazandı - FOTO - YENİLƏNİB
Cüdo yığmamız Budapeştdə 4 medal qazandı - FOTO - YENİLƏNİB
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 17 yaşlı azərbaycanlı dünya çempionatında medal qazandı

    17 yaşlı azərbaycanlı dünya çempionatında medal ...

    12-08-2013, 10:41

  • 
  • İdmançımız Qran-Pridə qızıl medal qazandı

    İdmançımız Qran-Pridə qızıl medal qazandı ...

    24-01-2016, 13:21

  • 
  • Dünya rekordçumuz qızıl medal qazandı

    Dünya rekordçumuz qızıl medal qazandı ...

    17-12-2012, 13:14

  • 
  • İdmançılarımız 8 medal qazandılar

    İdmançılarımız 8 medal qazandılar ...

    4-03-2014, 10:46

  • 
  • Soçi Olimpiadasının pul çempionu - Azərbaycan...

    Soçi Olimpiadasının pul çempionu - Azərbaycan... ...

    4-02-2014, 21:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu