Bu gün Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulacaq.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, turnirin son günündə yarışın qalibi və üçüncü yerin sahibi bəlli olacaq.
İlk olaraq bürünc medallar öz sahibini tapıb. Saat 16:00-da zala Azərbaycan və Türkiyə milliləri daxil olublar. Qitə birinciliyində yarımfinala yüksəlməklə tarixinin ən yaxşı nəticəsini yeniləyən Faiq Qarayevin yetirmələri növbəti rekorda imza ata bilməyib.
Belə ki, "ay-ulduzlular" üzərində əldə olunacaq mümkün qələbə yığmamızın tarixinə ilk medal kimi düşəcəkdi. Ancaq komandamız gözlənilənlərin əksinə çox zəif çıxış edib. Voleybolçularımız ilk setdə qalib gəlsə də, sonradan Türkiyə qarşısında duruş gətirə bilməyiblər. Xüsusilə 3 və 4-cü setdə imkanlarının çox aşağısında oynayan Faiq Qarayevin yetirmələri yekunda meydanı başıaşağı tərk ediblər.
Finalda isə Hollandiya və Serbiya kimin ən güclü olduğunu aydınlaşdıracaqlar. Formasının zirvəsində olan hər iki komanda qızı medal uğrunda amansız mübarizə aparacaqlar.
Avro - 2017
1 oktyabr
Bürünc medal uğrunda oyun
Azərbaycan - Türkiyə - 1:3 (25:22, 21:25, 14:25, 8:25)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Daniele Rapisarda (İtaliya)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?