Paraqvayda birinci liqdə oynayan "Rubio Nu de Luque" klubunda baş verənlər dünya gündəmini ələ alıb.
gundemxeber.az xəbər verir ki, klubda forma geyinən Bernardo Qabriel Kaballero ilə klub prezidenti Antonio Qonzalezin "sevgili" olduqları üzə çıxıb. Cütlüyün yataqda çəkilən görüntülərinin mətbuata sızması büyük qalmaqalı ortaya çıxarıb.
Hadisənin yayılmasından sonra klub prezidenti Antonio Qonzalez Facebook hesabından bir açıqlama yayıb.
Kamera qarşısına keçən Qonzalez futbolçusu ilə münasibətdə olduğunu qəbul edib. Prezident bu addımını Bernardo Qabriel Kaballeronun transfer üçün başqa klublarla görüşməməsi, onu komandasında saxlamaq məqsədi ilə atdığını deyib.
Qonzalez daha sonra kamera qarşısında Bernardo Qabriel Kaballero ilə olan müqavilə sənədlərini cırıb.
Futbolçusu ilə yataq fotoları mətbuatda yayılan klub prezidenti sözlərinə əlavə olaraq Bernardo Qabriel Kaballeroyla bağlı "Bir kişi bir qadından min qat daha qısqancdır və o, məni bir müddətdir təhdid edir" deyib.
Prezident futbolçusu üçün "Xəyal edə bilməyəcəyi qədər pul xərclədim" deyib. Ona Mercedes, Land Cruiser, Prado, Hilux markalı avtomobillər aldığını qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?