“Neftçi”nin keçmiş qapıçısı Vladimir Miçoviçlə birlikdə Serbiyadakı restoranlardan birində atışmada yaralanan azərbaycanlının Yaşar Rüstəmov olduğu bildirilir. Serbiya və Azərbaycan idman portallarının məlumatına görə, O, əvvəllər Azərbaycanın birinci divizionunda çıxış edən, sonradansa maliyyə problemi səbəbindən dağılmış “Abşeron” klubunun prezidenti olub. Məlumatlara görə, Miçoviç də vaxtilə “Abşeron” klubunda oynayan məşqçi kimi fəaliyyət göstərib. Restoranlardan birində tərəflər arasında yumruq davası düşüb, sonra isə güllə səsi eşidilib. Güllə Rüstəmovun ayağına dəyib. Atəş açanlar hadisə yerindən qaçıblar. Onların yanında Vladimir Miloyeviç adlı bir şəxs də olub. Onlar da döyülərək, başlarından yüngül xəsarət alıblar. Hazırda istintaq gedir. Serbiya mətbuatının yazdığına görə, Yaşar Rüstəmov bud nahiyəsindən yaralanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?